Putin: “Xarici kəşfiyyatçıların Rusiyadakı fəaliyyəti artır”

Putin: “Xarici kəşfiyyatçıların Rusiyadakı fəaliyyəti artır”

Rusiya prezidenti Vladimir Putin xarici kəşfiyyatın ölkəsindəki fəaliyyətinə toxunan məsələlər barədə danışıb. SİA xəbər verir ki, bu barədə "interfax" agentliyi məlumat yayıb.

Rusiya prezidentinin bildirdiyinə görə, xarici ölkələr bu istiqamətdəki fəaliyyətlərini mobil şəkildə həyata keçirirlər: "Bu baxımdan, xarici ölkələrin Rusiyadakı kəşfiyyatçılarının fəaliyyətində aktivlik müşahidə olunur. Belə ki, əks-kəşfiyyatın apardığı intensiv əməliyyatlardan sonra bəlli olub ki, cari ildə Rusiyada xarici ölkələrin xüsusi xidmət orqanlarının 230 kadrlı əməkdaşı və agenti fəaliyyət göstəriblər".

Putin eyni zamanda deyib ki, əsas diqqət dövlət sərhədləriə yönəldilməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə