ABŞ-da cinayətlərin qarşısını almaq olmur

İllinoys ştatında ana və körpələri qətlə yetirilib
ABŞ-da cinayətlərin qarşısını almaq olmur

ABŞ-ın İllinoys ştatının Rokford şəhərində iki silahlı hücum hadisəsi baş verib. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, ikisi uşaq olmaqla (4 və 6 yaş) dörd nəfər evlərin birində qətlə yetirilib. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri orada 24 yaşlı qadının, onun rəfiqəsinin və iki azyaşlı uşağın cansız bədənləri ilə qarşılaşıblar. Hadisənin səbəbləri barədə məlumat verilmir. Ehtimal olunur ki, hadisə məişət zəminində baş verib.

Cinayət hadisəsindən sonra şəhər sakinləri ABŞ polisinin cinayətkarlıqla mübarizədə aciz olduğunu bildiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə