Gürcüstan ordusunda “ÇP”

Gürcüstan ordusunda qanlı olay baş verib. SİA ölkənin mətbuatına istinadən xəbər verir ki, hərbi hissələrin birinin yaxınlığında 20 yaşlı çağırışçı Nikoloz Uqulavanın başından güllə yarası almış cəsədi tapılıb.

Bu isə son zamanlar Gürcüstan ordusunda baş verən növbəti olaydır. Ölkənin Müdafiə Nazirliyi və digər müvafiq orqanlar ölüm faktının səbəbləri və nədən irəli gəldiyi barədə məlumatlı olmadıqlarını desələr də, hadisə üzərində iş aparıldığı da bildirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə