Tunisin prezidentlik postuna namizədi 88 yaşlı Bədji Qaid əs-Səbsi ölkədə keçirilmiş prezident seçkisinin ikinci turunda qalib olduğunu bəyan edib. SİA "bbc"-yə istinadən xəbər verir ki, exit-polların nəticələrinə görə, o, 55,5% səs tolamağa nail olub. Artıq Bədji Qaid əs-Səbsi tərəfdarları Tunis küçələrində bu münasibətlə şadyanalıq keçirirlər.
Qeyd edək ki, onun seçkidəki əsas rəqibi Tunisin Çağırış Partiyasının lideri, ökənin müvəqqəti prezidenti Mönsef Mərzuki olub.
Xatırladaq ki, ölkə rəhbərliyi postuna keçirilən seçkilər dekabırn 21-də baş tutub və nəticələr barədə rəsmi məlumat verilmir. Prezident seçkilərinin birinci turu isə noyabr ayında keçirilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB