ABŞ helikopteri Küveytdə qəzaya uğrayıb

ABŞ helikopteri Küveytdə qəzaya uğrayıb

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus helikopteri Küveytin şimal-qərb hissəsində, İraqla həmsərhəd ərazidə qəzaya uğrayıb. SİA xəbər verir ki, MH-60S "Knighthawk" markalı hərbi helikopter dünən axşam saat 19.22 radələrində Buerinq düşərgəsindən 16 km aralıda yerə düşüb. Həmin vaxt MH-60S "Knighthawk" təlim uçuşları həyata keçirirdi.

"Helikopterdəki 6 nəfərlik heyətin hamısı sağ qalıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlarda ciddi zədələr olmadığı üçün ambulator müalicəyə götürülərək, xəstəxanadan buraxılıblar" -deyə, ABŞ HHQ-dən bildirilib.

Qəzanın dəqiq səbəbləri bilinməsə də, hərbçilər helikopterə düşmən hücumu olduğunu istisna etmirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə