Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bəyan edib. SİA xəbər verir ki, Gürcüstanın "Qruziya Online" agentliyi bu barədə məlumat yayıb.
"Qeyd edim ki, mənim rəsmi nümayəndəm Zurab Abaşidze bu barədə informasiyanı ictimailəşdirib. Lakin bu görüş nə vaxt, hansı formatda baş tutacaq, bu barədə hələlik heç nə deyə bilməyəcəyəm. Əsas məsələ budur ki, görüş yüksək səviyyədə təşkil edilməlidir. Yəni görüş görüş xətrinə keçirilməməlidir. Biz bir daha bəyan edirik ki, onlarla görüşməyə hazırıq"-deyə Gürcüstanın baş naziri bildirib.
Xatırladaq ki, Rusiyanın rəhbəri də bəyan edib ki, Güürcüstan liderlərini dekabrın 18-də keçiriləcək böyük mətbuat konfransında qəbul etməyə hazırdır. "Əgər gürcü rəhbərliyi bunu mümkün hesab edərsə, biz həmin rəhbərliyin istənilən nümayəndəsisi, o cümlədən, cənab baş naziri Moskvada görməkdən şad olarıq"-deyə Putin vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB