Müxalifətçi həbs olundu

Tacikistan iqtidarına müxalifətdə olan "Qrup-24" hərəkatının lideri Umarali Kuvvatov İstambul polisi tərəfindən həbs edilib. SİA-nın məlumatına görə, bu barədə Rusiya xəbər agentliklərinə müxalifətçinin xanımı Kumruniso Hafizova deyib.

Belə ki, Tacikistanın ali məhkəməsi baş prokurorluğun təadimatı əsasında cari ilin oktyabr ayında "Qrup-24" hərəkatını ekstremist təşkilat hesab edədərk, Umarali Kuvvatovun həbsinə sanksiya vermişdi. Eyni zamanda hərəkatın ölkədəki fəaliyyətinə qadağa qoyulmuşdu. Həərəkatın lideri həmçinin digər cinayətlərdə ittiham olunur. Onun üzərində xüsusi ağır cinayət əməlləri və külli miqdarda maddi vəsaiti dələduzluq vasitəsilə mənimsəmə ittihamları da mövcuddur. Tacikistanın dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyi Kuvvatova qarşı qaldırdığı cinayət işi faktında onun 6 milyon somoni (1,5 milyon ABŞ dolları) əldə etdiyi iddia olunur.

"Bir neçə uniformalı insan mənzilimizə daxil olaraq, pasportları, kompüteri, Umaralini və onun üç dostunu apardılar"-deyə hərəkat liderinin həyat yoldaşı Hafizova "Azadlıq" radiosunun Tacikistan xidmətinə açılqlama verərkən bildirib. Onun sözlərinə görə, Kuvvatov və onun hərəkat üzvləri İstambul polis idarəsinin təcridxanasında saxlanılırlar.

Lakin Tacikistan daxili işlər narizliyi bəyan edib ki, onların sözügedən həbslə bağlı məlumatları yoxdur.

Xatırladaq ki, Umarali Kuvvatov İstambuldakı həbsindən öncə İnterpol xətti ilə 2012-ci ilin dekabrında Dubayda da həbs olunmuşdu. Onun Tacikistana ekstradisiyası da gözlənilirdi. Lakin 2013-cü ilin avqustunda Dubay məhkəməsi tacik müxalifətçini azad etmək qərarı verib. Məhz bundan sonra o, Türkiyəyə köçüb.

Bu ilin sentyabrında "Qrup-24"-ün lideri və onun həmkarları facebook və "v kontakte sosial şəbəkələrində Tacikistan əhalisinə çağırış edərək, iqtidara qarşı kütləvi aksiyalara çıxmağa səsləyib. Aksiya dekabrın 10-na təyin olunsa da , bu baş tutmayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə