Şənbə günü 28 yaşlı afroamerikalı İsmail Brinsli Nyu-Yorkun Bruklin rayonunda iki polis əməkdaşını güllə ilə vuraraq öldürüb. TASS informasiya agentliyi xəbər verir ki, tapança ilə silahlanmış qaradərili gənc polis avtomobilinə yaxınlaşaraq heç nə demədən maşındakılara atəş açıb. Digər polis avtomobilinin yaxınlaşdığını görən cinayətkar metroya qaçıb və orada özünü güllə ilə vurub.
Yaralanmış polislər xəstəxanaya aparılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən təqribən üç saat əvvəl İsmail Brinsli özünün İnstagram sosial şəbəkəsindəki səhifəsində polisin ünvanına belə bir hədə mesajı yerləşdirib: "Onlar bizim birimizi öldürdülər, gəlin biz onların ikisini öldürək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB