Cümə günü gün Avstraliyada 8 uşağın qətli ilə bağlı dünyanın informasiya agentliklərində yayılan xəbərə daha biri də əlavə olunub. SİA ölkənin "abc" telekanalına istinadən xəbər verir ki, cinayət hadisəsində şübhəli bilinən şəxs hadisə yerindən yaralı şəkildə xəstəxanaya çatdırılan 37 yaşlı ana olub.
Polisin bildirdiyinə görə, saxlanılan ana qətlə yetirilən uşaqların 7-nin valideyinidir. 8-ci uşaq isə onun qohumlarındandır. Belə ki, cümə günü sinəsindən və boynundan bıçaq yaraları almış qadını qətlə yetirilən uşaqların olduğu evdə tapıblar. Qadın dərhal zərərçəkmiş qismidnə xəstəxanaya çatdırılıb. Ötən gün isə o, hadisəni törətməkdə şübhəli bilinib. Lakin hüquq-mühafizə orqanları hələlik ona qarşı rəsmi ittiham irəli sürməyiblər. İddia olunur ki, qadın uşaqları soyuq silahla qətlə yetirdikdən sonra həmin silahı gizlədib və sonradan cinayətin izini itirməkdən ötrü özünə bıçaq xəsarətləri yetirib.
"Hazırda qətldə şübhəli bilinən ana ciddi nəzarət altındadır və polisin suallarını cavablandırır"-deyə telekanal məlumat verib.
Bu arada Avstraliyanın baş naziri Toni Abbot hadisəsi kütləvi qətl adlandırıb və bunun insanların qəlblərini parçalayan olay kimi təqdim edib. "Ölkənin bütün valideyinləri baş verən hadisə ilə bağlı baş sağlığı verir. Bu cinayət hadisəsi heç bir insanlıq hərəkətlərinə sığmır"-deyə baş nazir bildirib.
Xatırladaq ki, qətlə yetirilən uşaqaların ən kiçiyi 18 aylıq, ən böyüyü isə 14 yaşında olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB