Çexiyanın Yəhudi Cəmiyyəti Federasiyası Rusiya prezidenti Vladimir Putinin Praqaya mümkün səfərini məqbul hesab etmədiklərini bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Putinin Çexiyaya mümkün səfəri Holokost qurbanlarının xatirələrini anması ilə bağlıdır.
Belə ki, Rusiya prezidenti Çexiyanın prezidenti Miloş Zemandan Holokost qurbanlarının xatirəsinə həsr olunacaq Foruma rəsmi dəvət alıb. Forum Praqda 26-27 yabvar tarixlərində keçiriləcək. Həmin tədbirdə isə məhz İkinci Dünya müharibəsinin qalib ölkələri iştirak edəcək.
Bu baxımdan, çexiyalı yəhudilər Putinin həmin Forumda iştirakını məqbul etmirlər. Onlar öz etirazlarını Rusiya prezidentinin düzgün siyasət yürütməməsi ilə əlaqələndirirlər: "Hazırkı siyasi situasiyada Rusiya prezidenti düzgün siyasət yürütmür. Putinin apardığı siyasət beynəlxalq razılaşmalara və normalara cavab vermir. Bu siyasətin tərkib hissəsini aqressiya təşkil edir. Belə ki Rusiya prezidenti aqressiv siyasət yürütməklə qonşu ölkənin torpaqlarını zəbt etməyə çalışır.
Bildirilir ki, Forumda Ukrayna prezidenti Petro Poroşenkonun da iştirakı gözlənilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB