Serbiya Avropa İttifaqından imtina edir?

İvitsa Daçiç: “Rusiya bizə qarşı belə tələb irəli sürməyib”
Serbiya Avropa İttifaqından imtina edir?

Serbiya Avropa İttifaqına üzv olmayan ölkələrə ziyan vurmamaq üçün bu quruma üzv olmağa tələsmir. SİA xəbər verir ki, bu fikirləri ölkənin xarici işlər naziri İvitsa Daçiç rusiyalı həmkarı Sergey Lavrovla söhbətində deyib.

Onun qeyd etdiyinə görə, Serbiya coğrafi və siyasi baxımdan Avropa məkanına mənsub olmasına rəğmən, eyni zamanda, Serbiyanın Aİ-yə üzv olmaq məqsədinə baxmayaraq, bu ölkə dostluq əlaqələri saxladığı digər dövlətlərə ziyan vurmamağı əsas götürüb. "Biz nə Serbiyayanın maraqlarına, nə də ki Aİ-yə üzv olmayan dost dövlətlərin maraqlarına ziyan vurmaq fikrində deyilik" -deyə, bu ölkənin xarici işlər naziri Rusiyanın xarici işlər naziri Segey Lavrovla aparılan danışıqlarda deyib.

Diplomat həmçinin qeyd edib ki, heç vaxt rəsmi Moskvanın onun ölkəsinin Aİ-yə, yaxud da Rusiyaya meyllənməsi barədə tələbləri barədə eşitməyib.

Qeyd edək ki, Aİ-yə daxil olan bir neçə ölkənin rəsmiləri Serbiyanın bu quruma üzv olmamasına səbəb kimi Rusiyanın həmin ölkəyə qarşı irəli sürdüyü tələbləri göstəriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə