İrəvanda növbəti ETİRAZ AKSİYASI

İrəvanda növbəti ETİRAZ AKSİYASI

Bu gün İrəvandakı hökumət evinin qarşısına onlarla insan toplaşıb. Onlar ölkənin milli valyutası olan dramın kəskin həddə ucuzlaşmasına və qiymətlərin kəskin şəkildə artmasına görə etiraz aksiyasına start veriblər. SİA xəbər verir ki, bu informasiyanı "armenia today" saytı yayıb.

Aksiyaçılar hökumət qarşısında 6 şərt irəli sürməyə hazırlaşırlar. Bu şərtlər ən geci dekabrın 23-nə qədər qəbul edilməlidir. Etirazçılar bildiriblər ki, əgər onların tələblərinə baxılmasa, bu ölkədə çox ciddi sosial partlayış baş verəcək və mövcud hakimiyyət bunun qarşısını almaqda aciz qalacaq.

Aksiyaçılar ilk növbədə ən çox istifadə edilən qida məhsullarının ucuzlaşdırılmasını, krizisdən öncəki qiymətlərin bərpasını tələb ediblər. Onlar həmçinin, inhisarçılığın ləğvini, dolların Ermənistandan Rusiyaya, rublun isə Rusiyadan Ermənistana spekulyativ göndərişlərinin qarşısını almağı və s. tələbləri irəli sürüblər. Etiraz edənlər həmçinin, mavi yanacağın qiymətinin də ucuzlaşdırılmasını irəli sürdükləri şərtlər sırasına daxil ediblər. Onlar bildiriblər ki, əks təqdirdə marşrut taksiləri də eriraz aksiyasına qoşulacaqlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə