Belarus pravoslav (ortodoks-red.) kilsəsi Moskva patriarxlığından ayrılaraq, müstəqil olmaq üçün bəyanat hazırlayır. SİA-nın məlumatına görə, bu barədə Minskin ruhanilər mitropoliyası bu ölkənin mitropoliti Pavla müraciət ediblər.
Artıq belə özünüidarə funksiyası Latviyanın, Moldovanın və Estoniyanın pravoslav kilsələrində tədbiq edilməkdədir. Bu kilsələr Moskva patriarxlığından ayrılaraq, müstəqil şəkildə fəaliyyət göstərməkdədirlər.
Bununla yanaşı, dini inanclılar Belarus prezidenti Aleksandr Lukaşenkoya ölkədə dini mərasimlərin keçirilməsi və dini azadlıq şəraiti yaratdığına görə öz təşəkkürlərini ünvanlayıb və bu işdə onlara dəstək göstərilməsini xahiş ediblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB