Finlandiyanın baş naziri Aleksandr Stubba hesab edir ki, onun ölkəsinin NATO-ya üzv olması üçün referendum keçirmək lazımdır. SİA xəbər verir ki, bu barədə Finlandiyanın rəsmi "yle" saytı yazır.
"Biz belə hesab edirik ki, Şimal Alyansına üzv olmaq üçün ümumxalq referendumu keçirməliyik" -deyə, qeyd edən baş nazir bunun mümkünlüyünü istisna etməyib: "Əgər səkkiz əsas partiya və prezident NATO-ya üzv olmaq üçün razılığa gəlsələr, parlamentin 3/2-nin bu ideyanı dəstəkləməsi yetər. Belə deyək, əgər Finlyandiya nə vaxtsa NATO-ya üzv olmaq üçün qərarını versə, xalqın dəstəyini almalıdır".
Xatırladaq ki, bu ölkənin prezidenti Sauli Niiynistyö bəyan etmişdi ki, Finlandiyanın NATO-ya üzv olması qonşu Rusiya ilə əlaqələrə neqativ təsir göstərə bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB