II Yelizaveta postunu tərk etməyəcək

II Yelizaveta postunu tərk etməyəcək

Böyük Britaniyanın kraliçası II Yelizaveta postunu tərk etməyəcək. Bu haqda məlumat Bukimhem Sarayı tərəfindən verilib.

Kraliçanın öz postunu tərk etməsi xəbərini bukmeker şirkəti olan "Coral" yayıb.

Xəbərdə deyilir ki, 88 yaşlı kraliça dekabr ayının 25-də guya Yeni il bayramı münasibətilə xalqa edəcəyi müraciətdə bu haqda bildirəcək.

Bukimhem Sarayının rəsmisi bununla bağlı vurğulayıb ki, kraliça ömrünün sonunadək postunda qalacağına and içib:

"İkincisi də kraliçanın Yeni il təbriki öncədən yazılır və çıxış saat fərqlərinə görə bir neçə dəfə təkrar edilir. Əgər kraliça belə bəyanatla çıxış etmək fikrinə düşsəydi, öncədən bu haqda deyərdi. Desəydi də bu haqda ilk dəfə Londonda deyil, Tuvaluda eşidərdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə