Qərbi Afrika ölkələrindən Sierra Leonedə bütün yeni il mərasimlərinin qadağan edildiyi bildirilib
Yeni il qadağan edildi!

Ebola virusunun yayıldığı Qərbi Afrika ölkələrindən Sierra Leonedə bütün yeni il mərasimlərinin qadağan edildiyi bildirilib. Dövlət başçısı Ernest Bai Koroma, xalqa səslənərək etdiyi çıxışında, ebola ilə mübarizə məqsədilə yaxınlaşan yeni ilin əvvəlində ölkədəki bütün gecə klubları, restoran, sahil və ictimai sahələrdə kütləvi festival, əyləncə və bənzər mərasimlərin qadağan edildiyini açıqlayıb.

Kilsələrdəki bütün mərasimlərin də ləğv edildiyini söyləyən Koroma, yalnız 31 dekabr Milad günü kilsələrdə mərasim keçirilməsinə icazə veriləcəyini deyib.

Korona, tədbirlərin alınmasında əsas məqsədin virus səbəbiylə ölkədəki fövqəladə vəziyyətin hələ də davam etməsi olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə