Rusiya prezidentinə 39 KİV nümayəndəsi sual ünvanlaya bilib

Rusiya prezidentinə 39 KİV nümayəndəsi sual ünvanlaya bilib

Rusiya Prezidenti Vladimir Putinin 10-cu böyük mətbuat konfransı 3 saat 10 dəqiqə davam edib. Xəbər verilir ki, mətbuat konfransının keçirildiyi müddət ərzində prezidentə Rusiya və xarici ölkə KİV-lərinin 39 nümayəndəsi sual ünvanlaya bilib. 2008-ci ildə Vladimir Putinin jurnalistlərlə keçirilən ənənəvi görüşü 4 saat 40 dəqiqə sürərək ən uzun mətbuat konfransı olmuşdu.

Budəfəki konfransın nisbətən qısa olmasından söz açan prezidentin mətbuat katibi Dimitri Peskov əsas məsələnin sualların məzmununda olduğunu vurğulayıb. O, həmçinin mətbuat konfransının dinamik keçdiyini və bir çox mövzunu əhatə etdiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə