Rusiyanın prezidenti Vladimir Putin bu gün mətbuat konfransı keçirəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, konfrans Moskva şəhərindəki Beynəlxalq Ticarət Mərkəzində baş tutacaq.
Mətbuat konfransında Rusiyanı və xarici ölkələri təmsil edən 1200-dən çox jurnalistin iştirakı gözlənilir. Tədbirin müddəti məhdudiyyətsizdir.
Qeyd edək ki, bu V.Putinin sayca onuncu mətbuat konfransıdır. İndiyədək Rusiya Prezidentinin ən uzun sürən mətbuat konfransı 2008-ci ildə keçirilib və 5 saat ərzində 106 sual cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB