Prezidentdən Rusiyaya qarşı sanksiya!

Prezidentdən Rusiyaya qarşı sanksiya!

Barak Obama Ukraynanın ABŞ-la NATO-dan kənar müttəfiqliyi ilə bağlı yeni statusu və Rusiyaya qarşı sanksiyalar haqqında yeni sanksiyalar imzalayıb. SİA-nın "interfax"a istinadən verdiyi xəbərə görə, Prezidentin dövlət departamentindəki rəsmi nümayəndəsi Cen Psaki Ukrayna ilə bağlı qəbul edilən qanun layihəsinin ABŞ-ın həmin ölkəyə silah göndərməsinə şərait yaratdığını deyib.

Bu arada, Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin mətbuata açıqlamasında deyib ki, ABŞ konqresinin qəbul etdiyi sanksiyalar Rusiya Federasiyasının müdafiə sənayesi kompleksinə qarşı hesablanıb: "Hər kəs bilir ki, Konqresin işləyib hazırladığı sanksiyalar 99,9 faiz bizə qarşı yönəlib. Bu sanksiyalar eyni zamanda "Rosoboroneksport"a (Rusiya müdafiə eksportu-red.) və bizimlə iş birliyində olan tərəflərə qarşıdır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə