Finlər Rusiyaya hücum etdi SON DƏQİQƏ

Finlər Rusiyaya hücum etdi SON DƏQİQƏ

Rus rublunun düşüşü ölkədə daha bir problemə yol açıb. Bu dəqiqələrdə SİA-ya daxil olan məlumata görə, Rusiyanın qonşuluğunda yerləşən Finlyandiya vətəndaşları böyük axınla Fin körfəzi və dəmir yolu nəqliyyatı vasitəsilə Peterburqa kütləvi axın edirlər. Onlar supermarketlərdə, dükan və bazarlarda satılan kosmetik və elektrotexnik məhsulları bir neçə ədəd olaraq alırlar. Bu barədə Finlyandiyanın "yle.fi." saytı da xəbər verir. Finlər bununla kifayətlənməyərək, benzindoldurma stansiyalarına da gedərək, litrlərlə yanacaq alıb, özləri ilə birgə ölkələrinə daşıyırlar.

Onlar həmçinin pullarını menyusunda ucuzlaşmalar gedən restoran və kafelərdə də xərcləməyi unutmurlar.

Qeyd edək ki, bu gün rusiyalı jurnalist İqor Pavlovski də sosial şəbəkədəki statusunda yazmışdı ki, amerikalılar puldəyişmə məntəqələrində əllərindəki vəsaitləri dəyişərək, orada satılan bütün "Pilkovo" aeroportunda iPhone 6 Plus smartfonlarını alıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə