HƏMAS terror təşkilatı siyahısından çıxarıldı

HƏMAS terror təşkilatı siyahısından çıxarıldı

Avropa ədalət məhkəməsi Avropa İttifaqı Şurasının Fələstinin HƏMAS təşkilatının terrorçular sırasına adi edilməsi ilə bağlı verdiyi qərarı dəyişib. SİA xəbər verir ki, bu barədə "rosbalt" agentliyi məlumat yayıb. Məlumata görə, Avropa ədalət məhkəməsi bu qurumu terror təşkilatı kimi tanımadığını bəyan edib.

Qeyd edək ki, HƏMAS 2007-ci ildən başlayaraq, Fələstinin Qəzza sektorunu idarə edir. Lakin beynəlxalq aləmdə bu təşkilata qarşı göstərilən münasibət birmənalı deyil. Avropa İttifaqı, İsrail, Kanada, ABŞ və Yaponiya HƏMAS-ı terror strukturu kimi kimi qəbul edir. İordaniyada isə bu təşkilatın fəaliyyəti qadağan edilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə