İran Rusiyaya “süd verəcək”

İran Rusiyaya “süd verəcək”

İran İslam Respublikasının kənd təsərrüfatı naziri bu ölkənin Rusiyadakı səfiri Mehdi Sənai ilə Moskvada görüş keçirib. SİA "irna"-ya istinadən xəbər verir ki, nazir səfirə İranın Rusiyaya süd və süd məhsullarını, o cümlədən, digər qida məhsullarını ixrac etməyə hazırdır.

"Nazirlik şəxsi kompaniyalara Moskvaya məhsul ixracatında köməklik göstərəcək" -deyə, nazir bildirib.

Qeyd edək ki, bundan öncə də rusiyalı və iranlı nümayəndələr İrandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı ətrafında danışıqlar aparıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə