İsrail və ABŞ Arrow-3-ü sınaqdan keçirdi

İsrail və ABŞ Arrow-3-ü sınaqdan keçirdi

İsrailin Müdafiə Nazirliyi və ABŞ-ın raket əleyhinə müdafiə Agentliyi müştərək olaraq, Arrow-3 raketinin test sınağını həyata keçirib.

SİA-nın məlumatına görə, İsrailin "The Jerusalem Post" qəzeti yazır ki, hazırkı sınaq məhdud şəkildə reallaşdırılıb. Belə ki, raketin mulyajı hədəf kimi götürülməyib. Növbəti sınaqlarda isə bu, reallaşdırılacaq.

Qeyd edək ki, Arrow-3-dən öncə, bu ilin sentyabrında Arrow-2 raketi də uğurla sınaq restindən keçmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə