Gəncin milyonlar qazanması xəbəri jurnalistlərin uydurması imiş

Gəncin milyonlar qazanması xəbəri jurnalistlərin uydurması imiş

Nyu-Yorklu gəncin birjada 72 milyon qazanması xəbəri jurnalistlərin uydurması imiş. 17 yaşlı Məhəmməd İslam real birjaya oxşar proqramlarla iş təcrübəsinin olduğunu, lakin həqiqi aksiyalarla heç vaxt ticarət aparmadığını və nəticə etibarı ilə də heç bir real qazanc əldə etmədiyini bildirib.

Gənc virtual ticarətdə özünü investisiya strategiyasının əla nəticələr göstərdiyini və onun əsl birjada həqiqətən də gəlir gətirə biləcəyini qeyd edib.

Məhəmməd İslam jurnalistlərin sadəcə olaraq onun sözlərini təhrif etdiklərini, valideynlərinin isə onu insanları aldatdığını düşündüklərini və bu səbəbdən onlarla münasibətlərinin korlandığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə