Baş nazirin müavini: “Mətbuat azadlığını sonuna qədər qoruyuruq” Açıqlama

Baş nazirin müavini: “Mətbuat azadlığını sonuna qədər qoruyuruq” Açıqlama

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş İstanbulda dövlət çevrilişə cəhd edənlərə qarşı aparılan əməliyyatlarla bağlı açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, keçirilən əməliyyatların hüquqi çərçivədə aparıldığını deyib: "Bu bir hüquqi prosesdir. Hökumətin təklifiylə aparılan əməliyyat deyil".

Baş nazirinin müavini Numan Kurtulmuş, TİKA Məsləhət Qurumunun yığıncağının əvvəlində keçirdiyi mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırarkən "paralel dövlət quruluşu"na qarşı aparılan əməliyyatlara siyasi görüş aspektindən baxılmağın yanlış olduğunu vurğulayıb: "Demək istəyirəm ki, bu bir hüquqi prosesdir və hər hansı bir şəkildə hökumətin təklifiylə aparılan əməliyyat deyil. Zərərçəkmiş bir vətəndaşın şikayəti ilə bağlı aparılan işlərdir. Şəxsin adı bəllidir, vurulan zərər bəllidir. Onun iddiası çərçivəsində icra edilməkdə olan bir istintaqdır".

Aparılan istintaqın mətbuatla bağlı olmadığını ifadə edən baş nazirin müavini, məhkəmənin qərarı ilə tutulanlar arasında mətbuat nümayəndələrinin olduğunu da təkzib etməyib: "Nəzarətə götürülənlər içərisində mətbuat nümayəndələri ola bilər. Amma bu şəxslər mətbuat mənsubu olduğundan, ortaya qoyduqları fəaliyyətlərindən deyil, bir cinayət silsiləsinin içərisində olduqları iddiası səbəbindən istintaqa cəlb ediliblər. Buna görə də, onlar haqqında məlumatların çox dəqiq şəkildə ortaya qoyulması lazımdır. Biz, mətbuat azadlığına sonuna qədər sahib çıxırıq, mətbuat azadlığını sonuna qədər qoruyuruq. Hər kəsin də mətbuat azadlığını müdafiə etməsi son dərəcə təbiidir, bu bir demokratik haqdır. Hətta demokratiyanın təməl qaydalarından biri mətbuatın azad olmasıdır".

Mətbuat nümayəndəsi olmağın heç də dövlətçiliyə qarşı laqeydlik olmadığını vurğulayan Kurtulmuş, jurnalistin sahəsindən kənara çıxaraq dövlət sirlərinə müdaxiləsinə göz yumulmayacağını ifadə edib: "Mətbuat azadlığı adı altında heç bir mətbuat mənsubu, digər peşə sahiblərinin işinə müdaxilə edə bilməz. Yəni mətbuat nümayəndəsi olmaq, laqeyd bir şəkildə özünə aid olmayan sahə içərisində sorğusuz, sualsız mübahisə predmeti olma haqqını verməz".

Bütün xəbərlər Facebook səhifəmizdə