Suriyada münaqişə zamanı ölənlərin sayı ikiqat artıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən BMT-nin Baş katibin müavini Valeri Amos bildirib ki, bu rəqəm 200 mini təşkil edir.
Onun sözlərinə görə, hökumətin ordu gücləri ilə silahlı müxalifət arasında baş verən silahlı qarşıdurmalar nəticəsində yaralananların sayı isə 1 milyona yaxındır: "Fevral ayında ölənlərin sayı 100 min idisə, BMT-nin bugünkü hesablamalarına görə hazırda bu rəqəm 200 mini təşkil edir. 1 milyon insan isə yaralanıb. Təəssüf ki, bu rəqəmlər hər gün artmaqda davam edir".
BMT Baş katibinin müavini həmçinin bildirib ki, 12,2 milyon suriyalının humanitar yardıma ehtiyacı var: "Bu rəqəm 10 ay öncə 3 milyon az idi. Suriya əhalisinin yarısı öz evlərini tərk edib. Onlardan 7,8 milyonu daxili, 3 milyonu isə qonşu ölkələrə köçmələrə məruz qalıb. Bu rəqəm bütün dünya miqyasının beşdə birini təşkil edir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB