Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov və Gürcüstanın dövlət başçısı Georgi Marqelaşvili nəqliyyət dəhlizi yaratmaq haqqında razılığa gəliblər. SİA türkmən mətbuatına istinadən bildirir ki, bu barədə razılıq Gürcüstan prezidentinin Aşqabada rəsmi səfəri zamanı əldə olunub.
Türkmənistan prezidenti danışıqların nəticələrinə həsr olunmuş brifinqdə bildirib ki, nəqliyyat dəhlizi Xəzər və Qara dəniz regionu arasında mövcud olacaq. Tərəflərin dediklərinə görə, bu dəhliz Avropa ilə Yaxın və Mərkəzi Şərqin regional əməkdaşlığına impuls verəcək.
Gürcüstan prezidenti isə öz növbəsində bildirib ki, onun ölkəsi Xəzər və Qara dənizləri regionunda birləşdirici rol oynadığına görə, Türmənistanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığının inkişafına öz töhfəsini verəcək.
Tərəflər eyni zamanda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin yaradılması ətrafında da fikir mübadilələri aparıblar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB