Melkonyan: ""Aqos"un əməkdaşları türklərdən fərqlənmir"
İrəvan Dövlət Universitetinin dekan müavini, erməni türkoloq Ruben Melkonyan Türkiyə ermənilərinə məxsus "Hrant Dink" fondunu kəskin tənqid edib. Bu gün İrəvanda mətbuat konfransı keçirən Ruben Melkonyan əvvəl İstanbulda çıxan "Aqos" qəzetinin redaktoru Hrant Dink barədə danışıb. Onun ziddiyyətli adam olduğunu deyən Melkonyan, Hrant Dinkin yalnız ölümü ilə türk təbliğatına mane olduğunu bildirib.
Daha sonra "Hrant Dink" fondundan danışan Ruben Melkonyan onun qrant layihəsi olduğunu iddia edib: "Məndən ötrü "Aqos" qəzetinin əməkdaşları türklərdən heç nə ilə fərqlənmirlər".ANS PRESS
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB