Misirdə yük gəmisinin toqquşması nəticəsində tərsinə çevrilən balıqçı gəmisindəki 11 heyət həyatını itirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sərnişinlərin 18-i üçün axtarış başladılıb. Süveyş Balıqçılar Qurmunun rəhbəri Bəkri Əbul Həsən açıqlamasında yük gəmisinin, balıqçı gəmisi ilə toqquşması nəticəsində ikincinin batdığını deyib. Qəzada 11 balıqçının həyatını itirdiyini, 11-nin isə xilas edildiyini ifadə edən Əbul Həsən, qalan 18 nəfər üçün də axtarış qurtarma işlərinin davam etdiyini bildirib. Digər tərəfdən qəzaya səbəb olan İtaliya bayraqlı yük gəmisinin, İtaliyadan Səudiyyə Ərəbistanının Ciddə Limanına getməkdə olduğu, alışqan maddələrin də arasında olduğu 256 min ton yük daşıdığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB