Türkiyə parlamenti hərbi xidmətdən azad olunmaq üçün yeni qanun qəbul edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, qanuna əsasən, bu, 27 yaşında olan bütün türkiyəli kişilərə aiddir. Belə ki, hərbi xidmətə getmək istəməyən şəxslər dövlətə 18 min türk lirəsi (8,2 min ABŞ dolları) ödəməklə, bu hüququ əldə edə bilərlər.
"Hazırda bizdə insane resursuna ciddi ehtiyac yoxdur. Lakin ordunun texniki təminatı üçün ehtiyac duyulur". Bu fikirləri isə Türkiyənin Müdafiə naziri İsmət Yılmaz Türkiyə parlamentində yeni qanun haqqında danışanda bəyan edib. Hərbi nazir bildirib ki, hərbi xidmətdən azad olunmaq üçün ödənilən məbləğ müdafiə sənayesinin inkişafına və texniki silahlanmaya xərclənəcək.
Qeyd edək ki, Türkiyədə kişi cinsindən olan və 18 yaşına çatmış hər kəs məcburi qaydada hərbi xidmət keçməlidir. Hərbi xidmətin müddəti 1,5 ildir. Ali məktəbləri bitirənlər isə 6 ay hərbi xidmət keçməlidirlər. Sonuncu dəfə bu vasitə 2011-ci ildə istifadə olunmuşdu. Həmin vaxt əsas məqsəd fərariliyin qarşısını almaqdan ibarət olmuşdu.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB