ABŞ-dan Gürcüstana 30 milyon dollarlıq hərbi yardım

ABŞ-dan Gürcüstana 30 milyon dollarlıq hərbi yardım

ABŞ Gürcüstanın hərbi müdafiəsini gücləndirməkdən ötrü bu ölkəyə 30 milyon dollar həcmində yardım edəcək. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bundan əlavə, Vaşinqton "Avropaya dəstək təşəbbüsü" çərçivəsi proqramı əsasında Gürcüstana daha 57 milyon dollar yardım edəcək. Bu yardım dotasiyaları Ukrayna və Moldovaya da aid edilib.

Qeyd edək ki, 2015-ci ilin maliyyə planı ABŞ Konqresinin və senatının razılığı əsasında prezident Barak Obama tərəfindən imzalanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə