Nikolay Silayev: "Onlar bununla razılaşmaq məcburiyyətindədirlər"
Ermənilərə tərs sillə

"Rusiyanın Azərbaycana və digər ölkələrə silah satışı istehsalçı ilə silah alıcısı arasındakı münasibətlərin məntiqinə uyğundur". Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Qafqaz problemləri və regional təhlükəsizlik üzrə elmi əməkdaşı, ekspert Nikolay Silayev bildirib.

O, jurnalistlərə deyib: "Bilirəm ki, erməni ictimaiyyəti Rusiyanın Azərbaycanla hərbi-texniki əməkdaşlığından narazıdır, amma, digər tərəfdən, onlar bununla razılaşmaq məcburiyyətindədirlər. Rusiyanın silah satışı şəffaf prosesdir. Xüsusilə, nəzərə alaq ki, Rusiya indiki vəziyyətdə regionda ən yaxşı təminatçıdır."

Bütün xəbərlər Facebook səhifəmizdə