Nobel mükafatını 17 yaşlı qız aldı

Nobel mükafatını 17 yaşlı qız aldı

Bu gün Osloda Nobel sülh mükafatının təqdimetmə mərasimi keçirilib. Mükafat laureatlar-pakistanlı hüquq müdafiəçisi 17 yaşlı Malala Yousafzaiyə və Hisdistandan olan Kaylaş Satyartxiyə verilib.

Onlara qızıl Nobel medallarını və diplomları Norveç komitəsinin nümayəndəsi Turbörn Yaqland təqdim edib.

"Mükafat sahiblərinə uşaqların bərabər şəkildə təhsil alması sahəsində, təcavüzə qarşı mübarizə uğrunda aparılan əvəzsiz xidmətlərinə görə verilib"- Nobel komitəsininin bəyanatında belə deyilir.Atvxeber.az

Bütün xəbərlər Facebook səhifəmizdə