Bjezinski: “Ukraynanın NATO-ya üzv olması Rusiya ilə vəziyyəti gərginləşdirə bilər” PROQNOZ

Bjezinski: “Ukraynanın NATO-ya üzv olması Rusiya ilə vəziyyəti gərginləşdirə bilər” PROQNOZ

Tanınmış politoloq, bir neçə ABŞ prezidentinin məsləhətçisi olmuş Zbiqnev Bjezinski Vaşinqtonda keçirilən konfransda Ukraynanın NATO-ya üzvlüyü barədə fikirlərini bildirib. SİA Polşanın "dziennik.pl." saytına istinadən xəbər verir ki, Ukraynanın Şimal Alyansına qoşulması bu ölkənin Rusiya ilə qarşıdurmasını daha da gərginləşdirə bilər: "Məhdud qarşıdurma bizdən çox Rusiya üçün sərfəlidir. Çünki vəziyyətin gərginləşməsi Ukrayna iqtisadiyyatının və demokratiyasının iflası ilə nəticələnə bilər".

Bjezinski sual edib: "Belə bir situasiyada Ukraynanın NATO-ya üzvlüyü bu ölkəyə nə vəd edir və bizə nə vəd verəcək? Sizlər bu barədə fikirləşməlisiniz, Ukraynaya simpatiya haqqında deyil. Hansı ki, mənim də uşaq vaxtımdan bu ölkəyə simpatiyam olub".

Bundan əlavə, politoloq onu da qeyd edib ki, Ukrayna ictimaiyyəti də NATO məsələsində ciddi fikir ayrılığına malikdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə