BMT Ermənistana görə həyəcan təbili çaldı

Ermənistanın acınacaqlı mənzərəsi: “İnflyasiya 20,6%, ərzaq məshullarında bahalaşma 10%, insanlar 16 aydır əməkhaqqı almırlar, hərbi xidmətini başa vuranlar ehtiyata buraxılmırlar”
BMT Ermənistana görə həyəcan təbili çaldı

Ermənistanda vəziyyət günbəgün daha da ağırlaşır, dövlət büdcəsi minimuma enib, əhalinin maaşları, pensiyaları ödənilmir, cinayətlərin sayı isə artmaqda davam edir. Ermənistanın "Çorrord İşxanutyun" qəzeti bu ölkə bağlı bir sıra məqamları açılayıb. Göstərilir ki, son 4 ildə Ermənistanda yaşayış səviyyəsi 21 faiz bahalaşıb: "Milli Statistika İdarəsinin hesabatına əsasən, 2010-cu ilə müqayisədə ölkədə inflyasiya 20,6% olub. Ötən ilin noyabr ayı ilə müqayisədə inflyasiya 1,3% olub. Bu göstəricidə son günlər erməni dramın (pul vahidi-müəllif) kəskin dəyərsizləşməsi nəticəsində yaranan inflyasiya göstəricisi nəzərə alınmayıb. Dekabr ayında qeydə alınacaq göstəricinin daha da pis olacağını təxmin etmək heç də çətin deyil".

Nəzərə alsaq ki, bu hələ rəsmi rəqəmlərdir, o zaman inflyasiya göstəricisinin hansı faizdə olduğunu təxmin edə bilərik. Digər tərəfdən, inflyasiyanın iki rəqəmli olması pis hal kimi qəbul olunsa da, bu 10-20% arasında dəyişib, yəni 20%-i aşmaq tez-tez rastlanan hal deyil. Halbuki Ermənistanda bu rəqəm 20,6% təşkil edir. Son iki həftə ərzində Ermənistan dramı 10% dəyərdən düşüb. Ölkədə təxminən bütün ərzaq məhsullarında 10% bahalaşma qeydə alınıb. Ölkəyə idxal olunan malların satışı da azalıb. Çünki xarici sahibkar öz malını başqa bir ölkəyə pulsuz daşımaq məcburiyyətində deyil. Təsadüfi deyil ki, erməni biznesmenlərlə xarici sahibkarlar arasında minlərlə məhkəmə işi var.

Paytaxt Yerevandakı "Nairit" zavodunun yüzlərlə işçisi də mitinqlərə start veriblər. Onlar yürüş edərək Nazirlər Kabinetinin binası önündə toplaşıblar. Mitinq iştirakçılarını heç bir rəsmi şəxs qəbul etmir, onların problemi ilə maraqlanmır. Onlar baş nazir Ovik Abramyanla görüş tələb edirlər: "Bizi baş nazir qəbul etməyincə heç yerə gedən deyilik. Bizim hamımıza əmək müqaviləsinin dayandırılması ilə bağlı bildiriş yollayırlar. Əmək haqqımızı almadan onu imzalamayacağıq. Niyə Tiqran Sərkisyanın qardaşı 47 milyon dram alıb getməlidir, bizə isə aylarla maaş verilmir. Kimya zavodunun 2300 işçisi var. Onlar 16 aydır əmək haqqı ala bilmirik". Mitinq iştirakçıları əllərində müxtəlif plakatlar tutaraq "baş nazir, baş nazir", "rüsvayçılıq, rüsvayçılıq" deyə qışqırırlar.

BMT Uşaq Fondunun Ermənistan üzrə nümayəndəsi və daimi koordinatoru Henriet Arens Ermənistan haqqında hesabat yayıb. Bu hesabat Ermənistanda böyük şok yaradıb. Belə ki, son vaxtlar Ermənistanda qadınlara qarşı zorakılıq halları geniş vüsət alıb. Hesabatda deyilir ki, 2014-cü ilin yanvar-avqust aylarında 1500 qadının zorakılığa məruz qaldığını göstərib".

Xarici kütləvi informasiya vasitələri Ermənistandakı durum haqqında daha bir şok informasiya yayıblar. Məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini başa vurmuş əsgərlərin demobilizasiyası (ehtiyata buraxılması) dayandırılıb: "2012-ci ilin noyabr-dekabr aylarında həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar xidmət müddətini başa vursalar da, ordudan buraxılmayıblar". Fərrariliyin qarşısını ala bilməyən Müdafiə Nazirliyi isə bu addımı ehtiyata buraxılan heyəti əvəz edəcək sayda çağırışçının olmaması ilə əsaslandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə