Müştərisini əvvəlcə döydü sonra isə zorladı

Polis isti izlərlə taksi sürücüsünü yaxalaya bilib
Müştərisini əvvəlcə döydü sonra isə zorladı

26 yaşlı qız Hindistan polisinə taksi sürücüsü tərəfindən təcavüzə məruz qaldığı barədə şikayət edib. Hüquq-mühafizə orqanları isti izlərlə taksi sürücüsünü yaxalaya bilib. Müştərisini döyərək zorlayan sürücü onlayn taksi xidməti göstərən şirkətdə çalışırmış. Polis avtomobili Uttar Pradeş əyalətində tapıb. Daha sonra sürücü Şiva Kumar Yadav da tapılaraq həbs edilib.

Hindistanda qadınlara hücum qeyri-adi hal sayılmır. Bu ölkədə qadınlara qarşı təcavuzlə bağlı minlərlə hadisə baş verir.

2012-ci ildə altı sərxoş kişinin tələbə qızı avtobusda zorlamasından sonra insanlar hətta etiraz olaraq küçələrə çıxmışdı. Zorladıqdan sonra hərəkət edən avtobusdan qızı çölə atdıqlarından zərərçəkmiş həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə