ABŞ-da nadir təyyarə qəzalarından biri baş verib. Belə ki, hava gəmisi yaşayış evinin üstünə düşüb. Paytaxt Vaşinqtonun yaxınlığında Merilend ştatında təyyarənin ikimərtəbəli yaşayış binasının üstünə düşməsi nəticəsində ən azı üç nəfər həlak olub. Təyyarə düşən ev tamamilə dağılıb, lakin hadisə zamanı evdə heç kim olmayıb. Ölənlərin hamısı təyyarədə olublar. Qəza nəticəsində başlayan yanğın zamanı qonşuluqda olan iki yaşayış binasına da ziyan dəyib.
Şahidlər bildiriblər ki, təyyarə yaxınlıqdakı hava limanına eniş etmək istəyib, lakin gözlənilmədən hündürlüyü itirərək yerə düşüb. Polis və nəqliyyatda təhlükəsizlik üzrə Milli Departamentinin ekspertləri faciənin səbəblərinin araşdırılmasına başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB