İraqın Ramadi şəhərində İŞİD hədəflərinə təşkil edilən hava hücumunda qruplaşmanın 40 üzvü həyatını itirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hücumla bağlı danışan İraqın Ənbar şəhərinin polis rəisi Kazım Məhəmməd əl-Fehdavi bombardmanda 40 İŞİD üzvünün həyatını itirdiyini və 6 texnikanın məhv edildiyini deyib. O həmçinin bildirib ki, ötən gün İŞİD üzvləri tərəfindən İraqın Hit mahalında 3 hökumət səlahiyyətlisi asılıb.
Qeyd edək ki, cari ilin iyun ayından İraq höküməti ilə İŞİD arasında qarşıdurmalar davam edir. ABŞ və koalisiya qüvvələri isə döyüş təyyarələri ilə, İraq ordusu və Pəşmərgəyə dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB