Astana aeroportunda reyslər ləngiyir

Astana aeroportunda reyslər ləngiyir

Hazırda Astana aeroportunda 36 reys ləngiyir. Onlardan 18-i Astanaya gəlməli, qalan 18-i oradan getməli reyslərdir. Astanadan getməli reyslərdən 3-ü – Yekaterinburq, Frankfurt və Novosibirsk reysləri beynəlxalq istiqamətlərdir.

Gözlənildiyinə görə, reyslərin ləngiməsi ilə bağlı problemlər sabah səhərə qədər davam edəcək.

Reyslərin heç də hamısının ləngiməsinə səbəb hava şəraiti deyil. Belə ki, Astanadan getməli 4 reys hava gəmisinin bu limana gec gəlib çatdığına görə ləngiyir. Proqnozlara görə, çovğun səhərə qədər davam edəcək.

Bu gün Qazaxıstanın əksər vilayətlərində tufan barədə xəbərdarlıq edilib. Tufan dekabrın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə