Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq prezident tənəffüs yollarının xəstəliyindən əziyyət çəkir. Hazırda Dəmirəlin həyatı üçün təhlükə olmasa da, diabet onun müalicəsində çətinlik yaradır.
Qeyd edək ki, Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta vilayətində anadan olub. O, Türkiyənin ən nüfuzlu siyasətçilərindən biri hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB