17 ştatın rəhbərliyi Barak Obamanı məhkəməyə verib

17 ştatın rəhbərliyi Barak Obamanı məhkəməyə verib

ABŞ-ın 17 ştatının rəhbərliyi federal hökumətə qarşı məhkəmə iddiası irəli sürüb. Onlar Prezident Barak Obama tərəfindən imzalanan, bir neçə milyon qeyri-leqal mühacirin ölkədə qalmasını qanuniləşdirən sənədi qanunsuz sayırlar. Rusiyanın NTV telekanalı xəbər verir ki, bu ştatların rəhbərləri Prezidentin ABŞ konstitusiyasını pozduğunu bildirir və məhkəmədən bu qərarın ləğvini tələb edirlər. Onların fikrincə, mühacirlərin ölkədə qalmasını qanuniləşdirən sərəncam ABŞ-ın cənub sərhədlərində humanitar böhranı dərinləşdirəcək.

Prezidentin Konqres tərəfindən qəbul edilən qanunlara nəzarət barədə öhdəliyini yerinə yetirmədiyini deyən Texasın baş prokuroru Qreq Ebbott ABŞ liderini səlahiyyəti olmadan miqrasiya haqda qanunları yenidən yazmağa cəhd etməkdə təqsirləndirir.

Qeyd edək ki, noyabr ayının sonunda Barak Obama Konqresdən yan keçərək təxminən 5 milyona yaxın mühacirin ölkədə qalmasını qanuniləşdirən sərəncam imzalayıb.AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə