Mübarizə uzun sürəcək
ABŞ-dan İŞİD açıqlaması

"İslam Dövləti" (İD) qruplaşmasına qarşı beynəlxalq koalisiyanın mübarizəsi illər çəkə bilər". Bu haqda məlumatı ABŞ-ın dövlət katibi Con Kerri deyib.

"İslam Dövləti"nə qarşı bir neçə aydır ki, davam edən hava zərbələri onun imkanlarına ciddi zərər yetirib", - deyə Kerri koalisiya rəsmilərinin Brüsseldəki görüşündə vurğulayıb.

Qeyd edək ki, İD Suriya və İraqda böyük ərazilərə nəzarət edir.

ABŞ-ın idarə etdiyi İD-ə qarşı koalisiya NATO-nun Brüsseldəki qərargahında sammit keçirir.

"ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi ilə keçirilən danışıqlarda hərbi strategiya və İD-ə qoşulan xarici döyüşçülərin axınını dayandırmağın yolları müzakirə olunacaq", - deyə koalisiya rəsmiləri AFP agentliyinə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə