İsraildə gecə qəzaları ilə mübarizə aparmağa kömək edəcək kampaniya başlayıb. SİA-nın məlumatına görə, İsrailin ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsində gecəyarıdan səhər saat 6-dək qədər cəmi 1 şekelə (təxminən 20 qəpik) 1 fincan kofe almaq mümkün olacaq. Bu adi kofedən təqribən 5 dəfə ucuzdur. Sürücülərə hər kofe fincanı ilə birlikdə gecə avtomobil idarə etmə qaydaları haqqında yol təhlükəsizliyi mərkəzinin məsləhətlər kitabçası təqdim olunur.
Kampaniyanın təşəbbüskarı Nəqliyyat Nazirliyidir. "Kampaniyanın məqsədi sürücüləri oyaq saxlamaqdır ki, bu da gecə qəzaların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək" -deyə, Nazirlikdən bildiriblər. Onun sözlərinə görə, yorğunluq və kifayət qədər sayıqlığın olmaması gecə qəzalarının əsas səbəbləridir.
Baxmayaraq ki gecə yollar boşdur, bütün qəzaların 17%-i, ölümlə nəticələnən qəzaların isə 18%-i, məhz qaranlıqda baş verir. Maraqlıdır ki, yanacaqdoldurma məntəqələri bu kampaniyada dövlət yardımı almadan iştirak etməyə razılaşıblar. Çünki onlar kofe içən sürücülərin məntəqədə digər malları da alacağına ümid edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB