Prokuror Hüsnü Mübarəkə bəraət hökmündən şikayət verib

Prokuror Hüsnü Mübarəkə bəraət hökmündən şikayət verib

Misirin baş prokuroru Hişam Bərəkət Qahirə cinayət məhkəməsinin ölkənin eks-prezidenti Hüsnü Mübarək, onun iki oğlu, eləcə də Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Həbib əl-Ədli və onun altı köməkçisinin üzərindən 2011-ci ilin yanvar inqilabı zamanı nümayişçilərin ölümü ilə bağlı ittihamın götürülməsi qərarına qarşı apelyasiya ərizəsi hazırlamağı tapşırıb.

Prokurorluğun bəyanatında bildirilir ki, H.Bərəkət əməkdaşlarına müqəssirlərlə əlaqədar qəbul olunmuş qərarın qanunauyğunluq predmeti üzrə məhkəmənin qərarını ətraflı öyrənməyi tapşırıb. Yoxlama nəticəsində aydınlaşdırılıb ki, bəraət hökmü hüquqi nöqteyi-nəzərdən nöqsansız deyil.

Xatırladaq ki, Qahirə cinayət məhkəməsi noyabrın 29-da Misirin eks-prezidenti Hüsnü Mübarəkin üzərindən ittihamı götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə