Prezidentin qızları haqqında status yazan respublikaçı istefa verdi OLAY
ABŞ-ın Respublikaçılar partiyasının Milli komitəsinin əməkdaşı Elizabet Lauten istefa verib. SİA xəbər verir ki, bu barədə abs news məlumat yayıb. Onun istefasına səbəb isə "facebook" hesabında prezident Barak Obamanın Saşa və Mişel adlı qızları haqqında tənqidedici fikirlər yazmasıdır.
"Uzun saatlarla dualar etdikdən, valideyinlərimlə danışıqlarımdan, qeydlərimə təkrar-təkrar baxdıqdan sonra anladım ki, mənim tənqidlərim nə qədər onların xətrinə dəyib. Mən fikirlərimə görə, xətrinə dəydiklərim hər kəsdən üzr diləyirəm. Söz verirəm ki, baş verənlərdən dərs götürəcəm"- deyə, Lauten qeyd edib.
Xatırladaq ki, respublikaçı qadın "facebook"dakı statusunda ABŞ prezidentinin qızlarını doğru tərbiyəyə mailk olmamaqda, zövqsüzlükdə ittiham etmişdi. O, Saşa ilə Mişelin sahib olduqları statusa layiq olmadıqlarını da qeyd etmişdi. Elizabet Lauten yazmışdı ki, ABŞ-da keçirilən minnətdarlıq günü bayramında Saşa və Mişel adi amerikalı yeniyetmələr kimi geyinmiş və mərasim zamanı çox gülmüşdülər: "Əziz Saşa və Mişel, mən anlayıram ki, siz həyatınızın keçid dövrünü yaşayırsınız. Lakin unutmamalısınız ki, siz həm də Amerikanın birinci şəxsinin ailəsini, dövləti təmsil edirsiniz. Çalışın, bu amilə cavab verəsiniz. Ən azından, cəmiyyətdə oynadığınız rola hörmət edin. Elə geyinin ki, hörmət qazanasınız, bara getmək istəyənlərə bənzəməyəsiniz. Televiziya efirində olarkən, sifətinizi qımışdırmağa da ehtiyac yoxdur".
Qeyd edək ki, ABŞ-ın Respublikaçılar partiyasının Milli komitəsinin əməkdaşı Elizabet Lautenin istefası qəbul edilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB