Birləşmiş Millətlər Təşkilatı Dünya Qida Proqramı (BMT DQP) 1,7 milyon suriyalı qaçqına qida yardımını dayandırdığını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Dünya Qida Proqramının məlumatında qeyd olunur ki, fondların yardımlarını ləngitməsi səbəbi ilə maddi problem yaşanmaqdadır. Buna görə də, İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki suriyalı qaçqınlara qida yardımı təxirə salınıb. Proqramın direktoru Ertharin Kuzin bir neçə ailəyə yardımın kəsilməsinin tələfata səbəb olacağını deyib. Dekabr ayında yardımların davam etdirilməsi üçün 64 milyon dollarlıq maliyyəyə ehtiyacın olduğu vurğulanıb. Maliyyə təmin edilərsə, yenidən yardımın davam etdiriləcəyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB