Milyonçu hər bir ailəyə villa hədiyyə edib

Milyonçu hər bir ailəyə villa hədiyyə edib

Metallurgiya sahəsində milyonlar qazanmış çinli biznesmen Syun Şuixua doğulduğu kənddəki hər bir ailə üçün dəbdəbəli villa tikdirib. Milyonçu bu yolla kasıblıq içində yaşadığı kiçik yaşlarında onunla mehriban davranmış sakinlərə minnətdarlığını bildirib.

Realty.vesti.ru saytı xəbər verir ki, buldozerlər kənddəki bütün taxta evləri və köhnə yolları uçurub. Onların yerində isə səliqəli evlər ucaldılıb, asfalt yollar çəkilib. İndi kənddəki 72 ailə yeni evlərdə yaşayır.

Bundan başqa, biznesmen qocaların və aztəminatlı ailələrin gündə üç dəfə pulsuz yeməklə təmin olunmasına da göstəriş verib.

Yeni kənd Syun Şuixuaya 6 milyon dollardan baha başa gəlib. Amma o, bu xərcləri bir o qədər əhəmiyyətli saymır və sakinlərə gələcəkdə də əlindən gələn köməyi göstərəcəyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə