Sona yetən 2014-cü ilin nəticələrinə görə Birləşmiş Krallıqda yeni doğulan oğlanlara ən çox Məhəmməd adı qoyulub. Bu barədə hər il müvafiq statistika dərc edən Britaniyanın BabyCentre kompaniyası məlumat yayıb. Əvvəllər yalnız Londonda populyar olan bu ad hazırda bütün ölkədə ən çox istifadə edilən addır.
BabyCentre kompaniyasının "Top 100" siyahısında keçən illə müqayisədə 27 pillə irəliləyən Məhəmməd adının Britaniya üçün ənənəvi olan Cek, Harri, Çarli və Ceyms kimi adları da arxada qoyduğu bildirilir.
Bu tendensiyanın Birləşmiş Krallıqda "artan mədəni rəngarəngliyin" təzahürü olduğunu deyən kompaniyanın saytının baş redaktoru Sara Redşou yeni doğulan körpələrə hər il daha çox ərəb adlarının qoyulduğunu qeyd edir. Ömər, Əli və ya İbrahim kimi adlara oğlan uşaqları ilə yanaşı, qızlar arasında da rast gəlmək olur.
Redşounun sözlərinə görə, bu il yüzlüyə ilk dəfə ərəb ölkələrində geniş yayılmış qadın adı - Nur daxil olub. Məryəm adı isə siyahıda tutduğu yeri yaxşılaşdırıb. Buna baxmayaraq ərəb mənşəli qadın adları Sofiya, Emili, Lili kimi Britaniya üçün ənənəvi adlarla rəqabət apara bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB