ABŞ Azərbaycana yeni səfir göndərir

ABŞ Azərbaycana yeni səfir göndərir

ABŞ Senatı dekabrın 4-də Azərbaycana səfir təyinatı istiqamətində dinləmələr keçirəcək. SİA-nın məlumatına görə, bu barədə Senatın rəsmi saytı xəbər verir.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama səfir postuna Frensus Sekutanın namizədliyini irəli sürüb. Sekuta Dövlət Departamentinin katibinin iqtisadiyyat və biznes üzrə müavininidr. Onun namizədliyi daha öncə Senatın xarici əlaqələr komitəsində müzakirə olunub.

Onun sonuncu xarici təyinatlarına Tokio (2007-2009) və Berlin (2003-2007) aiddir. Sekuta həmin dövrlərdə ABŞ-ın iqtisadiyyat məsələləri üzrə kuratorluq fəaliyyəti göstərib.

Sekutanın Almaniyadakı fəaliyyəti iqtisadi məsələlərlə yanaşı, terrorizm və beynəlxalq cinayətkarlığa qarşı mübarizəni də əhatə edib. O, eyni zamanda Dövlət Departamenti Bürosunda ərzaq təhlükəsizliyi üzrə baş məsləhəti, eləcə də ABŞ-ın Kabuldakı səfirliyində iqtisadi məsələlər üzrə koordinasiya direktoru vəzifəsini icra edib.

Səfirliyə namizəd qeyd edilənlərlə yanaşı, 1999-2000-ci illərdə ABŞ-ın ABŞ-ın ticarət nümayəndəliyində çalışıb.

Robert Frensis Sekuta Corctaun universitetinin məzunudur və Milli hərbi kollecin qlobal məktəbinin magistridir.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirlik postu vakansiyalıdır. Daha öncəki səfir Riçard Morniqstar diplomatik fəaliyyəti yekunlaşdığı üçün vətəninə geri dönüb.

Senatın saytında o da bildirilir ki, dinləmələrdə Makedoniya, Çernoqoriya və Ermənistana da səfir təyinatları barədə müzakirələr aparılacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə