Qahirə məhkəməsi Hüsnü Mübarəkə BƏRAƏT VERDİ

Qahirə məhkəməsi Hüsnü Mübarəkə BƏRAƏT VERDİ

Bu gün Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə bəraət verib. SİA ərəb xəbər agentliklərinin verdiyi xəbərə görə bildirir ki, Misirin eks-prezidentinin üzərindən götürülən ittihamlardan biri 2011-ci il yanvar inqilabında etirazçıların öülümü ilə bağlıdır. Bu ittiham üzərində hökmü elan etməkdə etiraz edən hakimlər kollegiyası Hüsnü Mübarəkə bəraət veriblər.

Lakin Misirin keçmiş prezidenti digər ittihamlar üzərində bəraət almayıb. Belə ki, həmin ittihamlardan biri də İsrailə idxal olunan qazın satılmasında yol verilən korrupsiya əməlləridir.

Qeyd edək ki, bəraət alanlar sırasında Misirin keçmiş daxili işlər naziri Həbib-əl-Ədli və ona tabe olmuş polis məmurları da var.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə